97 yaşlı nasist qadın 10 min insanın qətlində günahkar bilindi - MƏHKƏMƏ

17:25 20.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Almaniyada məhkəmə nasistlərin Ştuttof həbs düşərgəsində katib işləmiş 97 yaşlı qadını iki il sınaq müddəti ilə şərti cəzaya məhkum edib, Der Spiegel xəbər verir.

İrmqard Furçner 10.000-dən çox insanın qətlində şərik olmaqda təqsirli bilinib.

1943-1945-ci illərdə bir qadın komendantın katibi və stenoqraf işləyib. O vaxt onun 18-19 yaşı var idi. Məhkəmədə Furçner bildirib ki, o, “bütün bunların baş verdiyinə görə təəssüflənir və həmin vaxt Ştuttofda idi”.

Şimali Alman Radiosu xəbər verir ki, istintaqa görə, müttəhim düşərgədə sistematik qətllər barədə məlumatlı olub və 1945-ci ilin əvvəllərində düşərgədən “ölüm yürüşləri”nin təşkilinə kömək edib.

İrmqarda qarşı istintaq son beş ildir davam edir, sentyabrın 30-da onun işi üzrə ilk məhkəmə iclası keçirilməli idi. Lakin alman qadın məhkəməyə gəlməyib, istintaqdan gizlənməyə çalışıb. Daha sonra o, saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Oktyabrın 19-da təqsirləndirilən şəxs təcili yardım maşını ilə qocalar evindən məhkəmə iclasına aparılıb.

Qdansk yaxınlığındakı Ştuttof düşərgəsində SS İkinci Dünya Müharibəsi zamanı yüz mindən çox insanı saxlayıb, onların çoxu yəhudi idi. Tarixçilərin fikrincə, düşərgədə 65 minə yaxın insan həlak olub. İnsanların çoxu yorğunluqdan və xəstəlikdən ölüb, lakin ən azı 200 nəfər qaz kamerasında öldürülüb, 30-dan çox adam başından vurularaq öldürülüb.