II Yekaterinanın qızıl möhürü hərracda 28 min dollara satıldı

19:31 22.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya İmperatoru II Yekaterinaya məxsus qızıl möhür Böyük Britaniyada keçirilən hərracda təxminən 28 min dollara satılıb.

“Möhür 1780-ci illərə aiddir, ondan Rusiya imperator sarayında rəsmi möhür kimi istifadə olunurdu”, - Daily Mail xəbər verir.

Qeyd olunur ki, 22,9 min funta (27,7 min dollar) satılan möhürdə şir və at təsvir edilib. O, Çarlz Braun tərəfindən yaradılmışdır.

Məqalədə deyilir: "Onun Londonda yaşayan Melliş tacir ailəsinin üzvü tərəfindən İngiltərəyə qaytarıldığı güman edilir".

Nəşr bildirir ki, möhürü köhnə peçenye qutusunda zərgərlik eksperti Deysi Hartli əmlakı qiymətləndirərkən tapıb.

Qızıl möhür Hartley Auctions auksionunda çəkic altına düşüb.