İçərişəhərdə divara quraşdırılmış “dəmir yumruq” söküldü - FOTO

11:06 20.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində divara quraşdırılmış “dəmir yumruq” heykəli götürülüb.

Oxu.Az-ın məlumatına görə, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan heykəl sökülüb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Mətbuat Xidmətindən Oxu.Az-a məlumatı təsdiq ediblər. 

Bildirilib ki, heykəl emalatxananın sahibi Əli Şəmsinin şəxsi təşəbbüsü olub, sökülməsi qərara alınıb və qısa müddətdə heykəl sökülüb.