İki balıqçı itkin düşüb

13:00 14.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 balıqçı itkin düşüb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumat əsasında axtarışlar davam etdirilir.

Hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Əlavə məlumat veriləcək.