İki ölkə XİN rəhbərləri arasında görüş olub

21:40 27.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT-nin 79-cu iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirilib.

Qarşılıqlı yüksək səviyyəli səfərlərin əməkdaşlığın genişləndirilməsində və dərinləşməsində mühüm rolu, o cümlədən iqtisadiyyat, ticarət, investisiya, humanitar və turizm sahələrində mövcud inkişaf imkanları müzakirə edilib. Həmçinin COP29, münaqişədən sonrakı vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi diqqət mərkəzində olub.