İkimərtəbəli binada yanğın

10:24 15.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan mənzilin yanar konstruksiyaları və binaya bitişik ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;