Yazını böyüt
Yazını kiçilt
Bakıda yanğın hadisəsi baş verib.
Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları və taxta qapı 10 m² sahədə qismən yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.