Yazını böyüt
Yazını kiçilt
“Sabah” komandası futbolçusu İqor Noqeyra ilə yollarını ayırıb.
Klubdan hafta.az-a bildirilib ki, braziliyalı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, İqor Noqeyra 2024-cü ildən Bakı təmsilçisinin uğurları üçün çalışırdı. O, “bayquşlar”ın heyətində 62 oyunda 4 qolla yadda qalıb. Oyunçu “Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.