İlham Əliyev Şuşa rayonunun Malıbəyli kəndində olub - YENİLƏNİB

21:52 15.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub.

Hafta.az xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirdi.

Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

*** 15:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub.

Hafta.az məlumat verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.