Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)nın sülhməramlı qüvvələrinin Qazaxıstana yeridilməsi nə qədər doğru və zəruri idi. Ümumiyyətlə buna hansı ehtiyac var idi?
Siyasi şərhçi Aydın Quliyev hafta.az-a bildirib ki, aparılan təhlilllər daha çox belə qənaətə gəlməyə əsas veririr ki, narazılığın üzərində təşkil edilərək qaldırılan kütləvi iğtişaşlar məhz KTMT silahlı qüvvələrinin ölkəyə yeridilməsi üçün bir bəhanə və əsas yaratmağa xidmət edib.
“KTMT hərbi qüvvələrinin Qazaxıstana daxil olması tamamilə qanunsuzdur, bu təşkilatın nizamnaməsinə zidddir. Qazaxıstanın faktiki rəhbərliyinin bu gün KTMT qüvvələrinin Qazaxıstana dəvət etməsinin heç bir hüququ əsası yoxdur. Çünki belə bir hüquq ancaq dövlətin Təhlükəsizlik Şurasının sədrinə verilir. Hazırki şəraitdə isə Təhlüksəzilik şurasının sədrinin harda olduğu məlum deyil”.
A.Quliyev aparılan təhlillərə əsasən hesab edir ki, Qazaxıstanda baş verən hadisələr məhz KTMT-nin bu ölkəyə daxil olması üçün əvvəlcədən hazırlanmış və konkret məqsədlərə xidmət edən gedişdir. Onun fikrincə bu, birinci növbədə Qazaxıstanın regionda müstəqil xarici siyasət aparması, Qərblə münasibətlərdə daha çox müstəqil davranması və olduqca böyük geosiyasi əhəmiyəti ilə bağlıdır.
“Məlumdur ki, Qazaxıstanın keçmiş rəhbərliyi Nursultan Nazarbayev iki il əvvəl ABŞ-da səfərdə olarkən Orta Asiya bölgəsində 5+1 formatı ilə bir əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış eləmişdi. Yəni 5 Orta Asiya ölkəsi və ABŞ. Bu istiqamətdə verilən təklif Rusiyanın və KTMT-nin hərbi siyasi rəhbərliyinin regional planları ilə bir araya sığışmırdı. Çünki söhbət Orta Asiyanın Qazaxıstanın moderatorluğu ilə müstəqil, güclü bir geosiyasi məkana çevrilməsindən gedirdi. Bu da sonda Avropa, Qərblə müstəqil tərəf kimi münasibətlərin qurulmasına gətirib çıxarda bilərdi. Eləcə də Qazaxıstanın Avrasiya Əməkdaşlıq ittifaqının üstündə çox qəti mğvqe tutması qeyd olunmalıdır. Çünki belə bir mövqe tutan dövlətin eyni zamanda MDB məkanında olması və fürsət düşdükcə Qərbə boylanması müəyyən qüvvələri narazı salırdı. Yaxud, ümumtürk inteqrasiyası çərçivəsində Qazaxıstanın apardığı siyasət Rusiya başda olmaqla, müəyyən MDB ölkələrini razı sala bilməzdi. Bu faktorların təsiri altında Qazaxıstana əlavə qoşunların yeridilməsi və Qazaxıstanın tutduğu yoldan döndərilməsi əsas məqsəd idi”
A.Quliyev eyni zamanda bildirib ki, bu gün Qazaxıstandakı həbsləri, istintaq və işgəncələri KTMT qüvvələri aparır - daxili siyasət bütünlüklə KTMT- nin əlində. Onun szölərinə görə, Qazaxıstandan aldıqları özəl məlumatlara görə KTMT qüvvələrinin ölkənin daxili işlərinə guya qarışmadığı və guya ancaq strateji nöqtələrin mühafizəsi ilə məşqul oluğu barədə verilən siyasi bəyanatlar qətiyyən həqiqət deyil.
“Əksinə, bu gün Qazaxıstanda kütləvi həbsləri, cəza əməliyyatlarını, axtarış və fiziki təqibləri, hətta həbs edilənlərin istintaqını məhz KTMT hərbçiləri aparır. Erməni hərbçilərinin xüsusi fəallığına bu istiqamətdə geniş fəaliyyət imkanı yaradıldığı qazax ictimaiyyətinin narahatlıqla və qəzəblə müzakirə etdiyi məsələlərdən biridir. Məlumatlarda deyilir ki, Qazaxıstanın xüsusi xidmət və istintaq orqanları etimad itirmiş strukturlar kimi tam kənara qoyulub. Həbs, axtarış, istintaq və işgəncələr yalnız KTMT qüvvələrinin səlahiyyətinə verilib. Mənbənin sözlərinə görə, KTMT istintaqçıları məxfi və qapalı iş görməklə həbs olunanlar arasında guya xaricdən göndərilmiş casus və terrorçuların olduğuna sübutlar hazırlayır. Qazaxıstanda deyirlər ki, KTMT istintaqçılarının işgəncəsi altında onlarla adamlar tələf edilir və meyitlər yox edilir. Yaxın vaxtlarda işgəncə altında ifşa edilmiş sayca onlarla " xarici ölkə casusunun " adları oxunacaq”.
A.Quliyev hesab edir ki, bütün hallarda KTMT region üçün böyük təhlükəyə çevrildiyini ortaya qoydu. İlk " sülh əməliyyatı" KTMT- nin iflas prosesinin başlanğıcıdır. Elə Rusiyanın özü də az zərbə almayacaq.
“1985- ci ildə Kunayevi Kolbinlə əvəz edərkən qazax xalqına eynən bu cür divan tutuldu. Sonu nə oldu? SSRİ- nin, imperiyanın dağılması başladı. Cəmi iki il sonra Qarabağda erməni separatizmi başladı və daha 3 il sonra Qorbaçov Ağ evə telefon açaraq " beynəlxalq hüququn subyekti və geosiyasi fakt kimi SSRİ artıq yoxdur" müjdəsini verdi. İndiki Qazaxıstan hadisələri ən azı KTMT-nin, ən çox da Rusiyanın özünün sonunu gətirən proseslərin başlanğıcı olacaq. Ona görə də KTMT sülhə yox, işğala xidmət etmiş olur.”