İmişlidə 3 maşın toqquşub, xəsarət alanlar var

11:34 27.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonu ərazisində 3 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində xəsarət alan 3 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.