İmişlidə yanğın nəticəsində xeyli ev quşları tələf olub

22:30 26.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhəri, N.Nərimanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

FHN-dən hafta.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45kv.m. olan yardımçı tikilinin tavanı 15kv.m. sahədə yanıb və içərisindəki 100-dən çox ev quşu tələf olub. Tikilinin qalan hissəsi yanğından mühafizə edilib.