İmtahanın keçirildiyi məktəblərin qarşısındakı yollarda vəziyyət nəzarət altındadır

11:56 03.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın keçirildiyi məktəblərin qarşısındakı yollarda vəziyyət nəzarət altındadır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən hafta.az-a verilən məlumata görə, mərkəzin əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsi ilə həmin yollar diqqətdə saxlanılır.

Hazırda imtahanın keçirildiyi təhsil müəssisələrinin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir.