İndi də “qırmızı göz” xəstəliyi yayılır: Yoluxanların sayı 7500-ü ötdü

10:28 17.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son 3 həftədə Uqandada yoluxucu “qırmızı göz” (konyunktivit) xəstəliyindən əziyyət çəkənlərin sayı 7500-ü keçib.

Hafta.az-ın yazdığına görə, Uqanda Səhiyyə Nazirliyinin açıqlamasında "qırmızı göz" xəstəliyinin ölkə daxilində artdığı qeyd edilib. Açıqlamada, son 3 həftədə yoluxma sayının 954-dən 7596-ya yüksəldiyi bildirilib.

Həbsxanalarda, məktəblərdə və sağlamlıq mərkəzlərində artan halların Kampala, Arua, Mbale və Kaqadi kimi bölgələrdə cəmləşdiyi qeyd edilib.

Səhiyyə mütəxəssisləri "qırmızı göz" xəstəliyinin fabriklər, marketlər, bazar və meydanlar kimi mühitlərdə və əhalinin sıx olduğu şəhərlərdə sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Mütəxəssislər “qırmızı göz” xəstəliyindən əziyyət çəkən insanlara qara eynək taxmağı tövsiyə edərək, bu insanların çarpayılarını və istifadə etdikləri əşyaları bir-birindən ayırmalı olduqlarını vurğulayıblar.