Indiyədək 6702 Ukrayna vətəndaşı həlak olub - BMT

14:41 06.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fevralın 24-dən dekabrın 4-dək Ukraynada 6702 dinc sakin həlak olub - bunlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisinin son rəqəmləridir.

Yaralılar, BMT-nin hesablamalarına görə, 10479 mülki şəxsdir. Ölənlər arasında - 424 uşaq, yaralananlar arasında - 775 uşaq var.

Noyabrda BMT-nin məlumatına görə, 11-i uşaq olmaqla 162 ukraynalı mülki şəxs həlak olub, 526-sı yaralanıb (o cümlədən 32 uşaq).

Ukrayna hakimiyyəti və ordusunun nəzarətində olan ərazilərdə noyabrda 134 dinc sakin həlak olub, 446 nəfər yaralanıb.

Hadisələrin böyük əksəriyyətində ölüm və yaralanmaların səbəbi atəş və bombardmanlardır.