İndoneziyada nikahdan kənar cinsi əlaqəyə görə həbs cəzası

18:44 02.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İndoneziyada sizi nikahdankənar cinsi əlaqəyə görə həbs edəcəklər, Daily Mail yazır. Qanunu pozanları 1 ilə qədər həbs gözləyir və qanun turistlərə də şamil olunacaq.

İndoneziya parlamentinin dekabrın 15-də cinayət məcəlləsinə düzəlişləri qəbul edəcəyi gözlənilir.
İndoneziyanın ədliyyə naziri Edvard Ömər Şərif Hiaric, "Biz qürur duyuruq ki, bizim cəza məcəlləmiz İndoneziya dəyərlərinə uyğundur" deyib.

Qanun layihəsi ölkədəki bəzi İslam qruplarının dəstəyini qazanıb və təşəbbüsün əleyhdarları onun əvvəlki liberal islahatları ləğv etdiyini iddia edirlər.

Bundan əlavə, yeni düzəlişlər prezidentin, dövlət qurumlarının təhqir edilməsini, habelə İndoneziyanın dövlət ideologiyasına zidd olan hər hansı fikirlərin ifadəsini qadağan edəcək. Nikahdan əvvəl birgə yaşamaq da qadağan olunacaq.