İngilis sərnişinlər Türkiyə təyyarəsindəki içkiləri 25 dəqiqəyə içdilər

10:28 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyəyə uçan britaniyalı sərnişinlər 4 saatlıq uçuş başlayandan sonra yarım saatdan az müddətdə təyyarədəki bütün spirtli içkiləri içiblər.

Hafta.az-ın yazdığına görə, hadisə bu yaxınlarda “SunExpress”in uçuşu zamanı baş verib. Aviaşirkətin ABŞ-Almaniya Baş direktoru Maks Kovnatzki britaniyalıları digər ölkələrdən gələn sərnişinlərə nisbətən "daha çox xərcləyən, daha hedonist" kimi xarakterizə edib.

Təyyarənin ayrıldığı hava limanı, uçuş tarixi və ya təyyarədəki sərnişinlərin sayı paylaşılmasa da, Kovnatzki TTG-yə verdiyi açıqlamada deyib ki, sərnişinlər arasında çox sayda qolf oyunçuları vardı.

Alkoqol ehtiyatlarının nə qədər tez tükəndiyini izah edən Kovnatzki deyib: "Uçuşdan sonra 25 dəqiqə ərzində bütün pivə və şərabımız satıldı. Təyyarəmizdə başqa zamanlar heç vaxt belə bir şey olmayıb".

Türk hava yolu şirkəti Böyük Britaniyada 2022-ci ildən bəri fəaliyyət göstərdiyi hava limanlarının sayını təxminən iki dəfə artıraraq 5-dən 9-a çatdırıb.

Kovnatzki sürətli artımı belə izah edib: "Bundan əvvəl bizim bəzi premium marşrutlarımız vardı. Hazırda biz Jet2.com və easyJet-dən sonra üçüncü yerdəyik" .

“SunExpress” uçuşları İngiltərənin Birmingem, Edinburq, Qatvik, Luton, Mançester, Bristol və Nyukasl şəhərlərindən və Antalya, İzmir və Dalaman daxil olmaqla mövcud Türkiyə marşrutları üzrə həyata keçirilir. Bu yay Lids Bradford və Stanstedi siyahısına əlavə edən hava yolu şirkəti həftədə 136 uçuşla 1,3 milyon sərnişin daşımağı hədəfləyir. Bu, 2023-cü ilin yayında “SunExpress”lə səyahət edən 700 min Böyük Britaniya sərnişinindən sonra çox böyük artımdır.

1989-cu ildə Lufthansa və Türk Hava Yolları ilə birgə qurulduqdan sonra 35 ildir fəaliyyət göstərən “SunExpress”, 2023-cü ilin avqustunda Avropanın Ən Yaxşı Tətil Hava Yolları seçilib.

Oxunma sayı 142