İngiltərədə Putinin təhqiredici formada heykəli ucaldılıb

09:30 19.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İngiltərədə Rusiya prezidenti Vladimir Putinin başını penis şəklində göstərən heykəl ucaldılıb.

Hafta.az-ın “İndependent”ə istinadən yazdığına görə, dekabrın 15-də Worcestershir bölgəsindəki Bell End kəndində ucaldılan heykəldə "İlin penisbaşı" yazılıb. Heykəlin yanında qurulan stenddə yoldan keçənlərin atması üçün yumurta dolu qutu da qoyulub.

Müharibəyə etiraz etdiklərini bildirən və adını paylaşmayan bir qrup tərəfindən ucaldılan heykəl kəndlilərin də diqqətini çəkib. Fəallardan biri bildirib ki, heykələ çox adam yumurta atıb.

"2022-ci ildə özünü məhz bu heykələ uyğun aparan yalnız bir nəfər olub - Putin", -  deyə başqa bir etirazçı bildirib.

Qrup üzvləri heykəli dizayn edib satmaq istədiklərini, əldə edilən gəlirləri ukraynalı qaçqınlara dəstək verən xeyriyyə təşkilatlarına bağışlayacaqlarını bildiriblər.

“Ukraynadakı dağıntıları və müharibə nəticəsində çox sayda insanın didərgin düşdüyünü gördüm”, - qrupun təşkilatçısı deyib.

Qeyd edək ki, avqust ayında Nyu-York şəhərindəki məşhur Mərkəzi Parkda da Putinin tankın üstündə oturan qırmızı heykəli ucaldılıb.

Eyni zamanda, may ayında Kiyevdə hazırlanmış Putinə oxşayan heykəl də müzakirələrə səbəb olub. “Özünü vur” adlandırılan heykəldə Putinə bənzədilmiş fiqurun ağzına tapança dayanmış şəkildə təsvir edilib. Amma hakimiyyət orqanlarından icazə almadan qoyulan və tikintisi bir aya yaxın vaxt aparan heykəl təxminən 8 saatdan sonra götürülüb…