İngiltərədə aparılan araşdırmalar göstərib ki, insanlar yorğunluq və motivasiyanın olmaması səbəbindən sağlam həyat tərzi keçirə bilmirlər. YouGov sorğu şirkəti tərəfindən Ümumdünya Xərçəng Araşdırmaları Fondu (WCRF) üçün dünən onlayn sorğu dərc olunub.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, 2086 nəfərin iştirak etdiyi sorğuda pəhrizdə sağlam dəyişikliklər etmək və daha fiziki aktiv olmaq üçün maneələr barədə soruşulub. Respondentlərin 35 faizi belə yorğunluğun onları dayandırmağa məcbur etdiyini bildirib. Səbəb kimi motivasiya çatışmazlığını göstərənlərin nisbəti yüzdə 38 olub.
Digər ümumi səbəblərə qida dəyəri (30 faiz), vaxt çatışmazlığı (26 faiz), iş-həyat balansı (25 faiz) daxildir.
WCRF-nin sağlamlıq məlumat və təbliğat direktoru Mett Lambert deyib: "İnsanların məşğul qrafikləri var. Biz bilirik ki, insanların çoxunun yorğun və ya həvəssiz olduqları zaman etmək istədikləri son şey yemək bişirməyə sıfırdan başlamaq və ya idman zalına getməkdir".
Bildirilib ki, sağlam qidalanma və idman həm xərçəng, həm də digər xəstəliklərin inkişaf riskini azaldır. Səlahiyyətlilər vurğulayıblar ki, dünyada hər iki insandan birində xərçəng diaqnozu qoyulur.
WCRF iddia edir ki, bütün xərçəng hadisələrinin yüzdə 40-ı sağlam qidalanma, idman etmək, ideal çəki saxlamaq, günəş yanığından qorunmaq və siqaret çəkməmək kimi tədbirlərlə qarşısı alına bilər.