İnsanların ümumi əcdadları Sudandan gəlir - Araşdırma

11:00 05.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda apardıqları araşdırmada alimlər belə qənaətə gəliblər ki, bütün müasir insanların əcdadları Nil çayı yaxınlığında, Sudanın şimalındakı Xartumdan gəlirlər. Hafta.az bildirir ki, bu barədə “Qırmızı bahar” informasiya agentliyi məlumat yayıb.

Oksford Universitetinin alimləri qrupu, inteqrasiya olunmuş gen xəritəsinin tədqiq edildiyi bəşəriyyətin ən böyük nəsil ağacını yenidən yarada biliblər və bunun sayəsində bu əcdadların bir milyon ildən çox əvvəl yaşadığını öyrəniblər.

Tədqiqatçılar Xartumdan təxminən 400 kilometr şimalda ilk insanların yarandığı ərazini, eləcə də yüzlərlə sonrakı nəsilləri qiymətləndiriblər.

Alimlər müxtəlif xalqların demək olar ki, 27 milyon əcdadından ibarət şəbəkə yarada və minlərlə il əvvəl bütün dünyada yaşayan həm müasir insanların, həm də qədim əcdadların nümunələrini öyrənə biliblər.

Məlumatlarda genetik dəyişkənlik nümunələrini öyrənmək və ümumi əcdadlardan gələn nəsil ağacının bölgələrini proqnozlaşdırmaq üçün tədqiqatçılar ən mürəkkəb alqoritmlərdən istifadə etməli olublar.