İordaniyada xalqın hökumətə İNAMI SÜRƏTLƏ AZALIR

17:50 23.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İordaniya xalqının hökumətə inamının illər keçdikcə azaldığı və bunun son vaxtlar ölkədə etirazlarla nəticələndiyi bildirilir. Qeyd olunur ki, bu il İordaniya xalqının administrasiyaya inamı daha da azalıb.

Hafta.az-ın "ArabBarometri"nin sorğusunun nəticələrinə əsasən yazdığına görə, iordaniyalıların üçdə ikisinin fikrincə, iqtisadiyyat ölkənin üzləşdiyi ən ciddi problemlərdən biridir. Yəni İordaniya xalqının administrasiyaya inamını itirməsinin əsas səbəblərindən birinin iqtisadiyyat olduğu bildirilir. Yaşayış xərclərinin hədsiz dərəcədə baha olması, əksəriyyəti orta məktəb və ya universitet məzunu olan gənclərin iş tapa bilməməsi də başlıca problemlərdəndir.

Rusiyanın Ukraynanı işğal etməsinin yaşayış dəyərinin artmasında təsirli olduğu deyilsə də, 2019-cu ildən bəri işsizlik nisbətinin 19 faizdən 23 faizə yüksəlib. Hətta bu il İordaniyada gənclər arasında işsizlik nisbətinin yüzdə 50-yə çatdığı qeyd edilir.

Digər tərəfdən, İordaniya xalqı administrasiyadakı korrupsiyadan şikayətlənir. Sorğunun nəticələrinə görə, respondentlərin 88 faizi korrupsiyanın orta və ya ciddi şəkildə yayıldığını iddia edir.

ABŞ-ın regiondakı yaxın müttəfiqlərindən olan İordaniyanın Vaşinqton administrasiyasının humanitar yardımından çox asılı olduğu məlumdur. Bildirilir ki, 2011-ci ildə "Ərəb baharı" başlayandan bəri ictimaiyyətin İordaniya hökumətinə inamı sürətlə azalır.