İrakli Kobaxidze: “Bu seçki müharibə ilə sülh arasında referendumdur”

10:47 20.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Heç bir seçki heç vaxt belə prinsipial olmayıb, bu, müharibə ilə sülh, təbliğat və ənənəvi dəyərlər arasında referendumdur”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Baxmaroda jurnalistlərə müsahibəsində bildirib.

Hökumət başçısının dediyinə görə, seçim etmək asandır – seçim sülhün, mənəviyyatın və ölkənin parlaq gələcəyinin xeyrinə edilməlidir.

“Artıq bölgədə aktiv fəaliyyətə başlanılıb. Yaxın günlərdə həmçinin, Tbilisidə bütün səkkiz nümayəndənin namizədliyini irəli sürəcəyik və onlar paytaxtda kampaniyaya tam şəkildə qoşulacaq. Mesajlarımızı cəmiyyətə sonuna kimi çatdırmaq üçün hər şey ediləcək. Təbii ki, biz bu müddət ərzində artıq bunu edirik, lakin seçki kampaniyası birbaşa vətəndaşların yanına getmək və ölkəmizin inkişafı ilə bağlı məsələlərdən söhbət etmək imkanı verir. Bu seçki son dərəcə prinsipial seçkidir. Əvvəlki bütün seçkilər prinsipial olub, amma yenə də deyərdim ki, heç bir seçki belə prinsipial olmayıb”, - Baş nazir bildirib.