İran 450 min əfqan immiqrantı deportasiya etdi

09:44 20.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın qeyri-qanuni mühacirlərdən məsul olan Milli Miqrasiya Agentliyinin direktoru Cavad Hani paytaxt Tehranda keçirilən konfransda çıxışında əfqan qeyri-qanuni mühacirlərin deportasiya prosesi haqqında məlumat verib.

Hafta.az-ın “Tesnim”ə istinadən yazdığına görə, Əfqanıstana geri göndərilən şəxslərin qanunsuz yollarla İrana daxil olan qeyri-qanuni mühacirlər olduğunu ifadə edən Hani, "İranda qanunsuz məskunlaşan əcnəbilərin vətənlərinə qaytarılması işlərinə bu ilin avqust ayından başlanılıb və bu proses davam edir. İndiyə qədər 450 min insan könüllü olaraq ölkələrinə geri göndərilib” deyib.

İran rəsmisi bildirib ki, ölkədə təxminən 4 milyon qeydiyyatdan keçmiş mühacir olduğu təxmin edilir və onların əksəriyyəti Əfqanıstan vətəndaşlarıdır. Bunların 92 faizinin Tehran başda olmaqla 8 əyalətdə yerləşdiyini bildirən Hani, indiyədək xarici ölkə vətəndaşlarına icazəsiz 1 milyon şəxsiyyət vəsiqəsinin verildiyini və qeydiyyata alındığını bildirib.