2025-ci ildə Azərbaycandan İran İslam Respublikasına 37,230 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Hafta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Qeyd edilib ki, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,058 milyon ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə müqayisədə həcm ifadəsində 813 min kVt/saat və ya 2,2%, dəyər ifadəsi ilə isə 23 min ABŞ dolları, yaxud 2,2% artıb.
Eyni zamanda, 2025-ci ildə İrandan Azərbaycana 980 min ABŞ dolları dəyərində, 34,506 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 13 min ABŞ dolları və ya 1,3%, həcm ifadəsində isə 449 min kVt/saat və ya 1,3% azdır.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 70,084 milyon ABŞ dolları dəyərində 1,230 milyard kVt/saat elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,579 milyon ABŞ dolları dəyərində 177,7 milyon kVt/saat elektrik enerjisi idxal edib.