“İran faktoru” Rusiyada qoyun əti bazarını qızışdırıb

09:10 26.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyadan İrana qoyun əti ixracının artması bu məhsulun qiymətinin 30-40 faiz yüksəlməsinə səbəb olub.

Hafta.az-ın Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına istinadən yazdığına görə, son üç ildə Rusiyanın diri qoyun və qoyun əti ixracında müntəzəm artım müşahidə olunsa da, İran Rusiyadan ən çox qoyun əti alan ölkələrdən biridir.

2023-cü ildə Rusiyanın qoyun əti ixracında İranın payı 90 faiz təşkil edib.

Rusiyada 2023-cü ilin eyni dövrü ilə müqayisədə ötən ay soyudulmuş qoyun əti orta hesabla 33,2 faiz, dondurulmuş qoyun əti isə 41,5 faiz bahalaşıb.

Bu artımlar soyudulmuş donuz ətində 16,8 faiz və dondurulmuş donuz ətində 13 faiz, soyudulmuş mal ətində 3,6 faiz və dondurulmuş mal ətində 27,5 faiz olaraq qeydə alınıb.