İran gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini kor etməyə çalışıb

10:58 07.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İranın patrul kateri projektorları ilə Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiləri kor etməyə çalışıb. Bu barədə hafta.az ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına istinadən məlumat yayıb.

“İran gəmisi Amerika gəmilərinin 150 metrliyindən keçib – təhlükəli dərəcədə yaxından, xüsusən də gecə saatlarında və öz proyektoru ilə kapitan körpüsünü kor etməyə çalışıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun patrul kateri “təhlükəsiz və qeyri-peşəkar şəkildə” hərəkət edib və dənizdə təhlükəsiz davranış üzrə beynəlxalq standartları pozub.

Buna cavab olaraq, Amerika ekspedisiya gəmisi Lewis B. Puller və idarə olunan raket esminesi USS The Sullivans səsli xəbərdarlıqlardan istifadə edib. Səs siqnalları verildikdən sonra Amerika gəmiləri hərəkətini davam etdirib.

ABŞ ordusunun məlumatına görə, insident dekabrın 5-də baş verib.

"Beynəlxalq sularda bu təhlükəli hərəkət İranın Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərinin göstəricisidir", - CENTCOM-un sözçüsü polkovnik Co Buccino bildirib.

Oxunma sayı 1065