Yazını böyüt
Yazını kiçilt
Mehr xəbər verir ki, İranın Kəşfiyyat Nazirliyi Mossad-a bağlı 4 əməliyyat qrupunun üzvlərinin həbs edildiyini açıqlayıb.
Departamentdən verilən açıqlamaya görə, İran kəşfiyyat orqanlarının səyləri sayəsində Mossad agentliyi ilə əlaqəli dörd əməliyyat qrupu müəyyən edilib və bütün üzvləri həbs edilib.
Qeyd olunur ki, İsrail İranın bir sıra bölgələrində baş verən son iğtişaşlardan istifadə edərək bir neçə hibrid terror əməliyyatı həyata keçirmək niyyətində olub, operativ qruplara rəhbərlik edib, lakin bütün terrorçular hər hansı tədbir görməmişdən əvvəl həbs edilib.
Nazirlik həmçinin bu qrupların lideri ilə bağlı bir Avropa ölkəsində də məlumat aldığını açıqlayıb və təhqiqat başa çatan kimi daha ətraflı məlumat veriləcəyini bildirib.