İran səfirliyi Ermənistana silah daşınması iddialarını təkzib edir

13:25 07.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Azərbaycandakı səfirliyi, İran vasitəsilə Rusiyadan Ermənistana silah daşınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Səfirlikdən hafta.az-a verilən məlumatda bildirilir ki, sitat: bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır. 

"Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanıb və qətiyyən doğru deyil”, - səfirliyin açıqlamasında deyilir.