İran səfirliyi Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

11:18 25.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın ölkəmizdəki səfirliyi Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Hafta.az-ın yazdığına görə, bu barədə səfirliyin "Twitter” hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Xocalıda günahsız dinc əhalinin qətlə yetirilməsinin 30-cu ildönümünü anır və Azərbaycan Respublikası hökumətinə, xalqına və faciədən sağ çıxanlara başsağlığı verir”, – paylaşımda deyilir.