İran Türkmənistanla sərhədi bağlı saxlayır

09:43 08.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Türkmənistanla sərhədini oktyabrın 4-də bağlayıb. BU səbəbdən də İrana getmək istəyən Türkmənistan vətəndaşlarının geri göndərilməsinə başlanılıb.

Hafta.az-ın “Turkmenews”a istinadən yazdığına görə, türkmənistanlı sahibkarlar, ziyarətçilər və müalicə üçün qonşu ölkəyə getmək istəyən çox sayda insan sərhəddən geri dönmək məcburiyyətində qalıb.

Qaudan-Badjigiran və Saraxs keçid məntəqələrində də İran yük maşınlarının Türkmənistana keçməsinə icazə verilmir. Bu da bir neçə gündür ki, ölkədə bitki yağı qıtlığına səbəb olub.

Sərhədin bağlanmasının səbəbi hələlik bəlli deyil. Bəzi analitiklər bu vəziyyətin İranla İsrail arasındakı gərginliklə bağlı olduğunu düşünürlər.

Sərhəd bağlandıqdan sonra Türkmənistanın paytaxtı Aşqabadda və digər bölgələrdə bitki yağı qıtlığı yaranıb və hipermarketlərdə müştərilərə cəmi bir litr yağ satılır.