İranda 136 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

17:10 25.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 136 nəfər koronavirusa (COVID-19) yoluxub, 4 nəfər ölüb.

Hafta.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 383 nəfər, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 221 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,06 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,7 milyon təşkil edir.

Oxunma sayı 159