İranda boya fabrikində partlayış - 65 yaralı var

19:23 26.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İranın Şərqi Azərbaycan vilayətində boya fabrikində baş verən partlayış nəticəsində 65 nəfər xəsarət alıb.

Partlayış nəticəsində 10-u ağır olmaqla ümumilikdə 65 nəfər yaralanıb. Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru Həmid Mencem verdiyi açıqlamada, “Bu gün yerli vaxtla saat 12:42-də Atlasfam Paint boya fabrikində partlayış baş verib. Partlayış nəticəsində 150 ​​nəfər zərər çəkdiyi halda, 10-u ağır olmaqla 65 nəfər yaralanıb. Mencem hadisə yerinə 3 yardım və xilasetmə qrupu və təcili yardım maşınlarının göndərildiyini bildirib.

Şərqi Azərbaycan Böhran İdarəetmə Baş direktoru Muhammed Bakır Hünərber qeyd edib ki, partlayış boya anbarında baş verib və ondan sonra başlayan yanğın bütün fabrikə yayılıb. "İlkin əlamətlər göstərir ki, partlayışa boya çənindəki qaz sızması səbəb olub", - Hunerber bildirib.

Yaralıların şəhər və ətraf bölgələrdəki xəstəxanalara çatdırıldığını söyləyən Hunerber, "Partlayışın şiddətindən yaralı sayının artma ehtimalı davam edir" deyib.