İranda havanın çirkləndi, dövlət qurumlarının işi dayandırıldı

10:00 19.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Bocnurd və Məşhəd şəhərlərində havanın çirklənməsi səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırılıb.

Hafta.az-ın “Tesnim”ə istinadən yazdığına görə, Şimali Xorasan Böhran İdarəetmə Müdiri Qulam Rıza Şefik mövzu ilə bağlı məlumat verib.

"Havanın 300 mikroqram/kubmetri keçən çirkliliyi ilə əlaqədar bu gün saat 10:00-dan sonra Bojnurdda dövlət qurumlarının fəaliyyəti dayandırılıb", - Şefik bildirib.

Məşhəd şəhərində havanın çirklilik dərəcəsinin artması ilə əlaqədar dövlət qurumları və məktəblər bağlanıb.

Rezevi Xorasan Ətraf Mühitin Mühafizəsi üzrə Meneceri Mehdi Divinepur bildirib ki, toz fırtınası səbəbindən Məşhəddə hava çirkliliyi 236 mikroqram/kubmetr səviyyəsindədir. O, xüsusən də ürək və tənəffüs sistemi xəstələrini məcburi olmadıqca evlərindən çölə çıxmamağa çağırıb.

Məşhəd hava çirkliliyi ilə bağlı təcili işçi qrupu da şəhərdə dövlət qurumlarının və məktəblərin bağlandığını açıqlayıb.

Hava keyfiyyəti indeksində bir kubmetr havada hissəciklərə (PM10) görə müəyyən edilən dəyərlər aşağıdakı kimi verilib: 0-50 təmiz hava (yaşıl), 51-100 orta (sarı), 101-150 həssas (narıncı), 151-200 qeyri-sağlam (qırmızı), 201-300 pis (bənövşəyi) və 301-500 təhlükəli (qəhvəyi).