İranda Məkkə məscidinin qarşısında etirazlar

18:15 16.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İranın Sistan və Bəlucistan əyalətinin Zahedan şəhərində cümə günü növbəti kütləvi etiraz aksiyaları keçirilir.

TG kanalı Radio Farda-nın məlumatına görə, Bəluc xalqı İranın əsas sünni məscidi Məkkə yaxınlığında etiraz aksiyası keçirib.

Zahedan İranın cənub-şərqində yerləşir, oktyabr ayında şəhərdə etirazlar nəticəsində onlarla insan həlak olub.