İranda ötən sutkada koronavirusdan 179 nəfər ölüb

16:14 08.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 179 nəfər ölüb.

Hafta.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 81 362 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 8846 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 980 116 nəfərə çatıb.