İranda zəlzələ olub: Naxçıvanda hiss edilib

09:00 24.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.

Bu barədə hafta.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olununub.

 

Zəlzələnin maqnitudası 5.7, dərinliyi 10 km olub.

Oxunma sayı 94