İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

12:42 23.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən hafta.az-a verilən məlumata görə, mart ayının 22-də saat 20:50-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Məmmədbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Oxunma sayı 96