Yazını böyüt
Yazını kiçilt
Bu gün Laçının boşaldılmasında Rusiya sülhməramlılarının heç bir rolu yoxdur. Bu gün Laçında gedən proseslər məhz Azərbaycan Ordusu tərəfindən irəliyə aparılır.
Bu fikirləri hafta.az-a açıqlamasında Azərbaycan Xalq Sosialist Partiyasının sədri Rövşən Hüseynov deyib:
"Bu proses müəyyən zaman öncə razılaşdırılmış məsələdir. Putinin Ərdoğanla İranda görüşü və əldə olunan razılaşmalar da imkan verdi ki, növbəti proseslər yaransın. Əgər kimsə fikirləşirsə ki, İran bu prosesdə Azərbaycana qarşı qərəzli mövqe tutub, yanılır. Çünki artıq Rusiya, Türkiyə, həm də İran Azərbaycanı siyasi proseslərdə dəstəkləyir və çalışır ki, regionda ölkəmizə qarşı müsbət rol oynasın. Bu prosesdə də Rusiya 44 günlük müharibədə olduğu kimi kənarda dayanacaq".