İranda dövlət kanalı öpüşən cütlüyün görüntülərini yayımladığı üçün ictimaiyyətdən üzr istəyib.
Hafta.az-ın “Deccan Herald”a istinadən yazdığına görə, görüntülər cümə axşamı İranın Radio və Televiziya Korporasiyasına bağlı “Nəsim” kanalında yayımlanan "İnanılmaz dördlük" adlı gizli kamera prank proqramına daxil edilib.
Paytaxt Tehrandakı parkda çəkiliş zamanı kameranın yanından keçən cütlük öpüşərkən görüntülənib. Sürətlə yeriyən cütlük ümumilikdə təxminən üç saniyə kadrda qalsa da, görüntülər sosial mediada yayılıb.
İran Tələbə Xəbər Agentliyi verdiyi açıqlamada bildirib ki, kanal aldığı xəbərdarlıqdan sonra üzr istəyib. Müvafiq olaraq, “Nəsim”in verdiyi açıqlamada “səhv istehsalat qrupunun səhlənkarlığı ucbatından baş verib və məsul şəxslərlə bağlı lazımi tədbirlər görüləcək” bildirilib.
Bildirək ki, İranda dövlət proqramlarında qadın və kişilər arasında hər hansı fiziki təması əks etdirmək qadağandır.