Yazını böyüt
Yazını kiçilt
İranın yeni müdafiə nazirinin öldürüldüyü ehtimal olunur. Hafta.az bu barədə İsrail televiziya kanalı N12-yə istinadla bildirir.
Bu barədə məlumatlar sosial mediada və bir neçə media orqanında yayılmağa başlayıb. N12-nin məlumatına görə, bir gün əvvəl müdafiə naziri vəzifəsini icra edən general Məcid bin əl-Rza yeni zərbələrdə öldürülmüş ola bilər. Bu məlumatın İran hakimiyyəti tərəfindən rəsmi təsdiqi hələlik yoxdur.
1 martda İran İslam İnqilabı Keşikçiləri Korpusu müdafiə naziri general-leytenant Əziz Nəsirzadənin ABŞ və İsrail tərəfindən həyata keçirilən zərbədən sağ çıxmadığını təsdiqləyib.