İraq hökuməti Azərbaycan tərəfinə təşəkkür edib

22:37 08.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov İraqın Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qasım əl-Araci ilə görüşüb.

Hafta.az xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Qasım əl-Araci İraq hökuməti adından terror qruplaşmalarına qoşulan ailələrin uşaqlarını repatriasiya etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.