İraq şəhərləri dəmir yolu ilə Türkiyəyə bağlanacaq

11:15 29.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqın baş naziri Məhəmməd Şia əs-Sudaninin nəqliyyat üzrə müşaviri Nasir əl-Əsədi rəsmi “Əs-Sabah” qəzetinə bildirib ki, İnkişaf Yolu Layihəsi ilə bağlı Türkiyə ilə İraq arasında razılaşmalar yaxında imzalanacaq.

Hafta.az-ın yazdığına görə, bu razılaşmalar körfəzi Türkiyə sərhədinə qədər daşıyacaq avtomobil və dəmir yolu layihələrini əhatə edəcək. Əsədi qeyd edib ki, sözügedən yol və dəmir yolları Yaxın Şərqlə və Avropa arasında yüklərin daşınması üçün əsas yol olacaq.

Qəzet Türkiyənin Baş nazir Sudaninin açıqladığı İnkişaf Yolu Layihəsinə böyük əhəmiyyət verdiyini yazıb. 

İraqın baş naziri Sudani mayın sonunda Asiyanı Avropa ilə birləşdirəcək İnkişaf Yolu Layihəsini açıqlayıb. Fars körfəzindəki Böyük Fao Limanından başlayaraq İraqın şimalına qədər davam edəcək və Türkiyəyə çatacaq layihənin 1200 kilometr dəmir yolu və şosse yol infrastrukturunu əhatə etməsi planlaşdırılır. Bu layihə Bəsrə, Bağdad və Mosulu əhatə edən marşrutu izləyərək Türkiyədəki dəmir yolu şəbəkəsinə qoşulmaq məqsədi daşıyır.