İraqda buğda sahələri və xurma bağları yanır

12:17 22.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqda son iki gündə baş verən genişmiqyaslı yanğınlar ölkənin bir çox əyalətlərində buğda sahələrini və xurma bağlarını məhv edir.

Hafta.az-ın yazdığına görə, rəsmi mənbələr güclü ildırım çaxmasının yanğına səbəb olduğunu bildirsə də, bunu süni şəkildə törədildiyini deyənlər də var.

İraq Fövqəladə Hallar Nazirliyinin sözçüsü Məhəmməd əl-Huzai deyib: "Yanğınların arxasında hər hansı tutarlı dəlil yoxdur. Bu, vandalizmlə əlaqəli olmayan bir çox səbəbə görə baş verə bilər. Məsələn, qəza hadisələri ilə yanaşı İqlim dəyişikliyi və temperaturun artması səbəbindən yanğınlar çox yaygındır”.

Yerli mətbuatın məlumatına görə, Kərkükdə 200 hektar buğda sahəsi yanıb. Digər yanğınlar Samirə şəhəri ətrafında buğda sahəsini və Qadisiya vilayətində xurma bağlarını bürüyüb. Analoji yanğınlar Səlahəddin əyalətinin əl-Bucivari rayonunda buğda tarlalarında baş verib. Diyala vilayətində Baqubanın şimal-şərqində yerləşən əs-Salam rayonunda təxminən 40 hektar ərazidə yanğının baş verdiyi də bildirilir.