İraqda məzhəblərarası böhran: sünni türkmən lider öldürüldü

10:33 02.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polis və təhlükəsizlik rəsmiləri bazar günü İraqın şərqindəki Diyala valiliyinin Kifri şəhərində sünni qəbilə liderinin pilotsuz təyyarənin hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, media ilə danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən mənbələr, türkmən sünni qəbilə liderinin Kifridə silahlı pilotsuz uçuş aparatının hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.

Kifri kürdlərin, sünni ərəblərin və türkmənlərin yaşadığı mübahisəli bölgədir. Türkmənlər İraqda ərəblər və kürdlərdən sonra üçüncü ən böyük etnik qrup olaraq həm sünni, həm də şiələrdən ibarətdir. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

İraqın ən böyük türkmən siyasi partiyası olan İraq Türkmən Cəbhəsi hücumu pisləyib, hökuməti hadisəni araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Siyasət rubrikasından digər xəbərlər