Əvvəllər 40 yaşdan sonra uşaq sahibi olmaq qeyri-adi hadisə hesab olunurdu. Bu gün belə xəbərlər heç kimi təəccübləndirmir, əksinə, milyonlarla uşaqsız insana ümid verir.
Hafta.az olaraq bu məqalədə gec də olsa valideynlik statusunu qazanan məşhurlardan bəhs edəcəyik.

Naomi Kempbell
2023-cü ilin iyun ayında Naomi Kempbell körpənin əlini gördüyü və "Müqayisəolunmaz xeyir-dua!" başlığı ilə bir yazı dərc etdi. Bu xəbər bütün dünyada sensasiyaya səbəb oldu. 90-cı illərin ən yaxşı supermodeli 53 yaşında ikinci dəfə ana olub. Həmişə diqqətdə olan Kempbell hamiləliyini son vaxtlara qədər gizli saxlayıb və yalnız: “Ana olmaq heç vaxt gec deyil” deyirdi. Həmin vaxt modelin 50 yaşı vardı.
Sosial şəbəkələrdə modelin uşaqları özü dünyaya gətirməsi, yoxsa surroqat ananın köməyi ilə valideyn olması ilə bağlı çoxsaylı suallar olub. Lakin Naomi bu xəbərləri şərh etməyib.

Hilari Suonk
İkiqat Oskar mükafatı laureatı Hilari Suonk çoxdan ana olmaq arzusunda idi. Nəhayət, 48 yaşında əkiz uşaqları - bir oğlan və bir qız dünyaya gətirdi.
Suonk hamiləliyini ictimaiyyətdən gizlətməsə də, çəkiliş meydançasında həmkarları onun qarnının gerçək olduğuna inanmayıb və makiyajlı olduğunu düşünüblər. Aktrisa müsahibələrinin birində belə deyib: "Həyatda hər şey lazımi anda baş verir. Uşaqlarım tam olaraq doğru zamanda dünyaya gəliblər".

Halle Berri
Aktrisa Halle Berri 47 yaşında ikinci dəfə hamilə olduğunu biləndə çox həyəcanlandı: "Əvvəlcə çox qorxdum! Bunun doğru ola bilməyəcəyini düşündüm. Sonra başqa bir analıq təcrübəsi mənə böyük xoşbəxtlik gətirdi, bu, taleyin hədiyyəsi oldu" dedi.
Aktrisanın bir qızı da var.

Corc Kluni
Aktyor Corc Kluni illərdir “əbədi bakalavr” kimi tanınır. Hətta özünün də uşaq sahibi olmaq fikrinin olmadığını bildirib. Buna görə də 56 yaşında həyat yoldaşı vəkil Amalia Kluni ilə əkiz uşaqları olması xəbəri mediada böyük səs-küyə səbəb olub. Həmin vaxt həyat yoldaşının 39 yaşı var idi.
Corcun sonradan etiraf etdiyi kimi, bu hadisə onun həyatını kökündən dəyişdirdi: "Mən tamamilə fərqli bir insan oldum" deyib aktyor.

Cenet Cekson
Müğənni və rəqqasə Cenet Cekson illərdir karyerasını ilk sıraya qoyub və bunu heç vaxt gizlətməyib. 50 yaşı tamam olan Cekson hamilə olduğunu elan edəndə şou-biznes dünyası bu xəbəri təəccüb və sevinclə qarşılayıb: "Bu qərar mənim zehni hazırlığımdan asılı idi. Hər şeyin lazımi anda baş verdiyinə görə xoşbəxtəm" deyib.