Yazını böyüt
Yazını kiçilt
Müəllimlərin iş yerinin daimiləşməsi üzrə müsabiqənin qeydiyyat mərhələsi başa çatıb.
Hafta.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctiamaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, 2021-2022-ci tədris ili üzrə müddətli müqavilə əsasında işə qəbul olmuş 2717 namizəd müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə qeydiyyatdan keçərək elektron ərizəsini tamamlayıb.