Yazını böyüt
Yazını kiçilt
Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, kütləvi hava zərbələri Ukrayna paytaxtının Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarının mülki infrastrukturlarında, yaşayış binalarında dağıntılara səbəb olub.
Hafta.az xüsusi müxbirinin verdiyi məlumata görə, hava zərbələri nəticəsində xəsarət alan 16 nəfər xəstəxanaya yerləşdirilib. İki mülki şəxs isə həlak olub.
Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Hava zərbələrindən ölən və xəsarət alanların sayının artacağı ehtimal edilir.