İsmayıllı sakini silahı polisə təhvil verib

21:22 20.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakini qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.