İsmayıllıda "Kalaşnikov" aşkarlanıb

13:28 22.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunun Quşencə kəndi ərazisində odlu silah tapılması barədə polisə məlumat daxil olub.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat və daraq aşkarlanaraq götürülüb. Silah-sursat ekspertizaya göndərilib.

Araşdırmalar aparılır.