İsmayıllıda "Mercedes" yanıb

10:58 04.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

FHN-dən hafta.az-a verilən məlumata görə, İsmayıllı rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.